Azərbaycan hərbi pilotları “Anadolu Qartalı-2022” təlimində — FOTOLAR

HƏRBİ 25 may 2022, 15:26
Türkiyənin Konya şəhərində "Anadolu Qartalı-2022" (“Anatolian Phoenix-2022”) beynəlxalq taktiki uçuş təlimləri uğurla davam edir.

"Report"un Türkiyə bürosu xəbər verir ki, manevrdə Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus üç şəxsi heyət komandasından ibarət 2 "Mi-17-1V" çoxtəyinatlı helikopterləri də nümayiş olunur.

Təlimlərin əsas məqsədi, xilasetmə və havadan yardım hərakatına nəzarəti, yaxından hava dəstəyini, hərəkət dinamikasını gücləndirmək və iştirak edən dövlətlər arasında hərbi hava qüvvələri sahəsindəki birgə əməkdaşlığı genişləndirməkdən ibarətdir.

Qeyd edək ki, builki manevrdə Türkiyə və Azərbaycanla yanaşı, Polşa və Şimali Kipr Türk Respublikası da iştirak edir. Təlim mayın 27-dək davam edəcək.



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top