Milli Məclisdə 2021-ci ilin dövlət büdcəsinin icrası müzakirə edildi — YENİLƏNİB

DAXİLİ SİYASƏT 25 may 2022, 13:39
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "2021-ci ilin dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi müzakirə olunub.

Demokrat.az
xəbər verir ki, müzakirələrdə maliyyə naziri Samir Şərifov, iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov və deputatlar iştirak ediblər.

Sonda qanun layihəsi parlamentin plenar iclasına tövsiyə olunub.

***11:03

Milli Məclisdə "2021-ci ilin dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb.


Demokrat.az xəbər verir ki, bununla bağlı məsələ parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasının gündəliyinə daxil edilib.

İclasda Milli Məclisin deputatları, Maliyyə Nazirliyi və Hesablama Palatasının nümayəndələri iştirak edirlər.

Sənəd barədə toplantı iştirakçılarına komitə sədri Tahir Mirkişili məlumat verir.

Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top