Azərbaycanlı boksçu İrəvanda erməniyə qalib gəldi

İDMAN 25 may 2022, 10:14
Ukraynanı təmsil edən Azərbaycan əsilli boksçu Elmir Nəbiyev Ermənistanın paytaxtı İrəvanda keçirilən Avropa çempionatına qələbə ilə başlayıb.

54 kq çəki dərəcəsində mübarizə aparan soydaşımız ilk qarşılaşmasında yerli Canik Sahakyanla üz-üzə gəlib.

Gərgin keçən döyüşdən Nəbiyev qalib ayrılıb. O, İrəvanda erməni rəqibini 3:2 (29:28, 28:29, 29:28, 28:29, 29:28) hesabı ilə məğlub edərək, mərhələ adlayıb.

Qeyd edək ki, Elmir Nəbiyev Xorvatiyanın Poreç şəhərində keçirilən U-22-lər arasında son Avropa çempionatının yarımfinalında yığmamızın üzvü Ruslan Qədirovla qarşılaşıb və Azərbaycan boksçusu finala yüksəlib.(apasport.az)

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top