Fransa Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin görüşünü alqışlayır

GÜNDƏM 24 may 2022, 23:01
Fransa mayın 22-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Brüsseldə baş tutan görüşün nəticələrini alqışlayır.

Bu barədə Fransa Xarici İşlər Nazirliyinin saytında məlumat yer alıb.

"Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə keçirilən bu görüş ikitərəfli Sərhəd Komissiyasının iclasının keçirilməsi barədə razılıq əldə edilməsi ilə nəticələndi", - məlumatda deyilir.

O da qeyd edilir ki, Fransa Avropa İttifaqının himayəsi altında Ermənistan və Azərbaycan arasında dialoqu dəstəklədiyini bir daha təsdiqləyir və bu dialoqa milli zəmində töhfə verəcək.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top