Ödənişli əsaslarla oxuyan bu tələbələrə də təqaüd veriləcək

SOSİAL 24 may 2022, 15:52
Prezident İlham Əliyev “Peşə təhsili haqqında” Qanunda dəyişiklik edilməsi barədə Qanunu təsdiqləyib.

Demokrat.az xəbər verir ki, qərara əsasən, dövlət peşə təhsil müəssisələrində təhsilalanlara müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə təqaüd veriləcək.

Qeyd edək ki, daha əvvəl Dövlət peşə təhsili müəssisələrində yalnız dövlət hesabına təhsilalanlara təqaüd verilirdi.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top