Azərbaycandan Həcc ziyarəti üçün kvota və qiymət müəyyənləşdi

SOSİAL 24 may 2022, 15:13
Azərbaycandan Həcc ziyarəti üçün kvota və qiymət müəyyənləşib.

Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri Vüsal Cahangiri bildirib.

Onun sözlərinə görə, bu il Azərbaycana Həcc ziyarəti üçün 680 nəfərlik kvota ayrılıb: “Həcc ziyarətinin qiyməti 5350 ABŞ dolları müəyyən olunub. Həcc ziyarətinin iyunun 24-dən iyulun 20-nə qədər olan müddətdə həyata keçirilməsi gözlənilir”.

Şöbə müdiri deyib ki, Həcc ziyarətinə gedənlər Səudiyyə Ərəbistanı Krallığına daxil olmazdan 72 saat əvvəl PCR test verilməlidir:

“Eyni zamanda iki doza vaksin tələb olunur (Pfizer-BioNTech vaksini 2, Moderna 2, Oxford-Astrazeneca 2, Janssen 1, Covovax 2, Nuvaxovid 2, Sinopharm 2, Sinovac 2, Covaxin 2, Sputnik-V 2 doza). 30.06.1957 təvəllüddən aşağı olan şəxslərin Həcc ziyarətinə icazə verilmir”.(apa.az)

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top