De Byazi finala Azərbaycan millisinin toplanışına görə getməyəcək

İDMAN 24 may 2022, 12:24
Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Azərbaycan millisinin toplanışına görə UEFA Millətlər Liqasının final oyununa gedə bilməyəcək.

Demokrat.az xəbər verir ki, 66 yaşlı mütəxəssis bu barədə "Panorama" nəşrinə müsahibəsində bildirib.

İtaliya baş məşqçi mayın 24-də yığmanın UEFA Millətlər Liqası oyunları üçün hazırlıq prosesinin start götürəcəyini söyləyib: "Hətta tarixlərlə bağlı planlaşdırma aparmışdım və Albaniyaya gedəcəyimə iki ay əvvəl əmin idim. Amma hazırlıq prosesimizin gündəliyini görəndə təbii ki, bir az məyus oldum".

De Byazi Tiranadakı 22 500 tamaşaçı tutumuna malik Milli Arenada keçiriləcək qarşılaşmadan ötrü ona bilet üçün zənglərin edildiyini diqqətə çatdırıb: "Hətta məndən 5 bilet istəyən də olub. Ona dedim ki, illərdir Albaniyadan uzaqda olduğum halda mənə belə xahişlə müraciət etməyiniz inanılmazdır. Üstəlik, stadionun tutumu ilə bağlı böyük mübahisə var. Əslində, belə görüşlər üçün bu, həqiqətən də kiçik ola bilər".

Qeyd edək ki, mayın 25-də keçiriləcək UEFA Konfrans Liqasının finalında İtaliyanın "Roma" və Niderlandın "Feyenoord" klubları üz-üzə gələcəklər.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top