SEPAH-ın komandiri qətlə yetirildi

DÜNYA 22 may 2022, 20:02
İran İslam İnqilabı Keşikçilər Korpusunun (Sepah-ın) komandirlərindən biri Həsən Sayad Xodayari bu gün naməlum şəxslər tərəfindən hücum edilərək qətlə yetirilib.

APA-nın Tehran bürosunun məlumatına görə, Sepah-ın yayımladığı məlumata görə, hərəm müdafiəçisi olan H.S. Xodayi terror hücumu nəticəsində paytaxt Tehranın "Mücahidine İslam" küçəsində öldürülüb.

Məlumatda həmçinin qeyd olunub ki, terror edilən H.S. Xodayi həmçinin Suriyada döyüşüb. Onun İran inqilabına zidd terror qruplaşması tərəfindən qətlə yetirildiyi bildirilib.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top