“TEKNOFEST Azərbaycan” festivalında “Planer” üzrə sınaq uçuşları keçirildi — FOTOLAR

HƏRBİ 22 may 2022, 16:56
Ali məktəb tələbələrindən ibarət 19 komanda Hacıqabul aerodromunda planerlərin sonuncu sınaq uçuşunu həyata keçirib.

Türkiyə Teknoloji Takımı Vakfı (T3 Vakfı), Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin birgə təşkilatçılığı ilə 26 – 29 mayda Bakıda ilk dəfə olaraq keçiriləcək “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalına hazırlıq çərçivəsində “Planer” müsabiqəsi üzrə sonuncu sınaq uçuşu baş tutub.

Qeyd edək ki, müsabiqədə Azərbaycan Milli Aviasiya Akademiyasından 12, Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən 3, Xəzər Universitetindən 2, Bakı Ali Neft Məktəbindən 1 və Azərbaycan Texniki Universitetindən 1 komanda müsabiqədə iştirak edib.

Komandalar hazırladıqları əfsanəvi “ASW 28” və “Walker Sky X8” planer modellərinin 100-150 m hündürlükdə verilən marşrut üzrə 5 dəqiqə ərzində avtonom rejimdə uçuşunu həyata keçiriblər.

Münsiflər heyəti qiymətləndirmə zamanı hava gövdəsi üçün nəzərdə tutulan avadanlıqların dizayn edilməsini, dəqiq telemetriyanı, proqramlaşdırmanı, avtonom uçuş mexanizmini, müxtəlif sensorlar və faydalı kameralar vasitəsilə müvafiq coğrafiya üzrə məlumatların toplanmasını və praktiki icrasını kritik seçim meyarları olaraq dəyərləndirəcəklər.

“TEKNOFEST Azərbaycan” festivalına vəsiqə qazanmış komandaların adları münsiflər heyəti tərəfindən 24 may tarixində elan ediləcək.






 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top