Azərbaycanın XİN başçısı Türkiyəyə başsağlığı verdi — FOTO

GÜNDƏM 22 may 2022, 12:22
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyədə baş verən avtobus qəzası ilə əlaqədar başsağlığı verib.

Nazir bununla bağlı “Twitter“ hesabında paylaşım edib.

Paylaşımda bildirilir:

“Qardaş Türkiyədə Adanadan Konya istiqamətində tələbələri daşıyan avtobusun qəza törətməsi xəbəri bizi çox kədərləndirdi. Qəza nəticəsində həyatını itirənlərin ailə üzvlərinə və yaxınlarına başsağlığı bildirir, yaralılara Allahdan şəfa diləyirik”.

Qeyd edək ki, Türkiyədə tələbələri daşıyan avtobus qəzaya uğrayıb. Avtobus yoldan çıxaraq aşıb. Hadisə nəticəsində 3 nəfər ölüb, 41 nəfər yaralanıb.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top