Bayden Ukraynaya 40 milyard dollarlıq yardım ayrılması layihəsini imzaladı

REGİON 21 may 2022, 15:13
ABŞ Prezidenti Cozef Bayden Ukraynaya 40 milyard dollar yardım haqqında qanun layihəsini imzalayıb.

Demokrat.az xəbər verir ki, məlumatı Ağ evin saytı yayıb.

Bildirilib ki, ABŞ Prezidenti müvafiq qanun layihəsini mayın 21-də imzalayıb.

Qeyd edək ki, mayın 19-da ABŞ senatı Ukraynaya 40 milyard dollar hərbi və humanitar yardım paketinin ayrılması barədə layihənin lehinə səs vermişdi. Sənəd senatda səs çoxluğu ilə qəbul edilərək imzalanmaq üçün ABŞ Prezidentinə göndərilmişdi.

Bununla da Rusiya ordusu fevralın 24-də hərbi əməliyyata başlayandan ABŞ-ın Ukraynaya yardımı 50 milyard dolları ötüb.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
18 apr 2024, 08:29
Top