ICESCO-nun Baş direktoru: “Şuşa mədəniyyət paytaxtıdır”

GÜNDƏM 19 may 2022, 15:52
“Postmünaqişə dövründə inkişaf üçün daha münbit şərait yaratmaq lazımdır. Biz uzunmüddətli inkişaf və sülhə nail olunmasına kömək etməliyik”.

Demokrat.az xəbər verir ki, bunu ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malik “Münaqişədən sonrakı humanitar gündəliyin inkişafı: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf” mövzusunda keçirilən beynəlxalq konfransın açılışında bildirib.

“Hərbi əməliyyatların dayandığı postmünaqişə dövründə regionda sülhün təmin və inkişaf etdirilməsinə kömək etmək lazımdır”, - ICESCO-nun Baş direktoru bildirib.

Onun sözlərinə görə, Şuşa mədəniyyət paytaxtı, dünyaca məşhur azərbaycanlı bəstəkar Üzeyir Hacıbəyovun vətənidir.

Səlim bin Məhəmməd Əl-Malik qeyd edib ki, COVID-19 pandemiyası yeni humanitar problemlərə və böhranlara səbəb olub: “Bu çağırışlara qarşı mübarizə aparmaq üçün beynəlxalq təcrübədən faydalanmalı, onun tətbiqi zamanı ölkənin bütün xüsusiyyətlərini nəzərə almalıyıq”.

Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 iyul 2025, 23:23
Top