Mənsum İbrahimov: “Müsabiqənin finalı iyulun sonunda Şuşada olacaq”

İNCƏSƏNƏT 16 may 2022, 13:42
Azərbaycanın xalq artisti, Milli Konservatoriyanın professoru Mənsum İbrahimov Demokrat.az-a 8-ci “Muğam” Televiziya Müsabiqəsi barədə maraqlı açıqlamalar verib:

“8-ci “Muğam” Televiziya Müsabiqəsinin bir həftəsi artıq geridə qalıb. Müsabiqə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Azərbaycan Dövlət Televiziyasının və Mədəniyyət Televiziyasının canlı efirində hər həftənin 2-ci və 4-cü günləri axşam saat 20:30-da canlı olaraq yayımlanır. Bu dəfəki müsabiqədə yenilik odur ki, 10 nəfər azyaşlı uşaq seçmişik, 18 nəfər isə böyükləri seçmişik. Uşaqlar öz aralarında yarışırlar, böyüklər öz aralarında.



Biz müsabiqə iştirakçılarını seçincə, ölkəmizin regionlarında 300-dən çox ifaçı dinləmişik. Maraqlı tərəfi də budur ki, müsabiqənin finalı iyulun sonunda Şuşada olacaq. Bu ilki müsabiqədə səhnənin və zalın dizaynı dəyişib. Sənət adamları, muğamsevərlər dəvətnamə ilə gəlib müsabiqədə tamaşaçı kimi iştirak edə bilərlər. Təbrizdən ifaçımız var bu il, bir də Rusiyadan. Buda onu göstərir ki, bu müsabiqə artıq beynəlxalq status almaq başlayır.”

Gülçin Qorxmaz
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top