Pakistanda havanın temperaturu 51 dərəcəyə çatdı: ölənlər var

DÜNYA 15 may 2022, 19:00
Pakistanın bəzi bölgələrində termometrlər 51 dərəcə Selsini göstərib.

İstilər səbəbindən ən azı 3 nəfər ölüb.

Meteoroloqların məlumatına görə, qızmar istidən ən çox zərər çəkən bölgələr cənubdakı Sind və şimal-şərqdəki Pəncab olub.

Anomal hava şəraitinin ən azı bir həftə daha davam edəcəyi gözlənilir.

Mənbə: “Haber Global”
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top