Saxta dərmanlara görə məsuliyyəti kim daşıyır? — AÇIQLAMA

GÜNDƏM 14 may 2022, 15:26
Son aylar yerli KİV-in yaydığı məlumatlardan görünür ki, Azərbaycan təbabətinin ən köklü və məhvedici problemlərindən biri kondisiyasız və saxta dərman vasitələrinin geniş vüsət almış dövriyyəsidir. Doğrudur, təxminən son 20-25 ilin təcrübəsi göstərir ki, keyfiyyətsiz və saxta dərman vasitələrinin təbabətə geniş formada nüfuz etməsi dünyanın bütün ölkələrində müşahidə olunur.

Tibb elmləri doktoru, professor Adil Qeybulla Demokrat.az-a açıqlamasında bildirib ki, ümumiyyətlə, apteklər dərman preparatlarının satışı ilə məşğul olan tibb müəssisələridir. O qeyd edib ki, apteklər dərmanların saxlanması, dövriyyəsi, utilizasiyası  ilə məşğul olur:



“Əlbəttə ki, aptekə vaxtı keçmiş dərman şəbəkəsinə daxil olarsa, o, buna məsuliyyət daşıyır, sata bilməz. İlk növbədə bu cür dərmanları qəbul etməməlidir. Yaxud da aptekdə qalaraq satılmayan, vaxtı keçmiş və saxlanma müddətindən asılı olaraq keyfiyyətini itirimiş dərmanları aptek şəbəkəsindən özü çıxarılmalıdır. Dərmanlar utilizasiya olunmalıdırlar. Amma aptekin keyfiyyətinə nəzarət etmək imkanı yoxdur. Dərman preparatlarına nəzarət Səhiyyə Nazirliyinin İnnovativ laboratoriyaları məsuldurlar. Əgər Azərbaycanda keyfiyyətsiz dərman preparatı varsa və o, aptek şəbəkəsinə Azərbaycanda qeydiyyatdan keçmiş dərman preparatı kimi daxil olubsa, buna məsuliyyəti bu dərmanı qeydiyyat keçən qurum daşıyır”. 

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top