Qarabağda mina təhlükəsi nə qədər çəkə bilər? — AÇIQLAMA

GÜNDƏM 14 may 2022, 12:11
İkinci Qarabağ savaşı başa çatsa da, torpaqlarımız erməni işğalından azad olunsa da, lakin erməni faşistləri yenə müxtəlif vasitələrlə insanların qətlə yetirilməsinə cəhd edir və bəzi hallarda buna nail olurlar. Bu barədə Azərbaycan tərəfi dəfələrlə beynəlxalq təşkilatlara məlumat versə də, Ermənistan tərəfi bu gün də minalanmış sahələrin tam xəritəsini təqdim etmir, müxtəlif bəhanələrlə bundan boyun qaçırırlar. Bu da hərbçilərin, həmçinin mülki əhalinin faciəli ölümü ilə nəticələnir. Bəs, Qarabağda mina təhlükəsi nə qədər çəkə bilər?

Sualımızı cavablandıran hərbi ekspert Ədalət Verdiyev Demokrat.az-a açıqlamasında bildirib ki, mina təhlükəsinin yaxın bir ayda və ya bir-iki ildə aradan qalxacağını gözləməyə dəyməz. Çünki Azərbaycanın Qarabağ və Zəngəzur bölgəsi hazırda dünyanın ən çox partlamamış sursatlar və minalarla çirklənmiş zonası hesab olunur:



“Qarabağ ərazisinin böyük miqyasında basdırılan minaların, partlamayan sursatların sayını nəzərə alsaq bu təhlükənin tez bir zamanda aradan qalxacağını demək çətindir. Həmçinin, beynəlxalq ictimaiyyətin də bu sahədə Azərbaycana heç bir real dəstək vermədiyi görülməkdəir. Bütün bunlara əsasən biz deyə bilərik ki, bu təhlükə ən azı yaxın 5-10 il arasında bəlkə də aradan qaldıra bilər”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top