Yaponiyanın ən böyük şirkəti Rusiyadan neft alışını dayandırır

DÜNYA 14 may 2022, 00:21
Yaponiyanın ən böyük neft şirkəti olan “Eneos Holdings” Rusiyadan neft almağı dayandırır. Bu barədə jurnalistlərə şirkətin rəhbəri Takeşi Saito məlumat verib.

“Biz reputasiya risklərini nəzərə alaraq (Rusiya Federasiyasından neftin) alışını dayandırırıq”, - şirkətdən bildirilib.

Məlumata görə, “Eneos” alışlarında Rusiya neftinin payı 5%-ə qədər olub. Şirkət onu bir sıra regionlardan, o cümlədən Yaxın Şərqdən gələn tədarüklərlə əvəz etmək niyyətindədir.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top