Gündəm

Polşa prezidenti: “Rusiyanı Ukraynaya təzminat ödəməyə məcbur etmək lazımdır”

Polşa prezidenti: “Rusiyanı Ukraynaya təzminat ödəməyə məcbur etmək lazımdır”

Polşa prezidenti Anjey Duda hesab edir ki, Rusiya Ukraynaya təzminat ödəməkdən imtina edə bilər.O bildirib ki, Rusiya Federasiyası dağıntıya görə dəymiş ziyanı ödəməyə məcbur edilməlidir.

Demokrat.az“RBC-Ukraina”ya istinadən xəbər verir ki, bunu Polşa prezidenti Anjey Duda Estoniyaya işgüzar səfəri zamanı həmkarı Alar Karis ilə görüşü zamanı deyib.

Görüşdə Rusiya-Ukrayna müharibəsi müzakirə edilib.

"Biz dərindən inanırıq ki, beynəlxalq ictimaiyyət Ukraynada dağıdılanları bərpa etmək üçün Rusiyanı təzminat ödəməyə məcbur edəcək", - Duda bildirib.

Qeyd edək ki, tammiqyaslı müharibə başlayandan Polşa Ukraynanın əsas tərəfdaşlarından biri olub.Ölkəyə maliyyə, humanitar vəhərbi yardım göstərib.

Bundan əlavə, Anjey Duda bu yaxınlardaPolşanın Ukraynaya Aİ-yə namizəd statusunun verilməsi məsələsində lobbiçilik edəcəyinisöyləyib.

Leyla Demokrat.az

D
demokrat.az