Hacı Qalib “Ləvəngi” restoranı ilə bağlı iddialara münasibət bildirdi: “Şeyxin işlərinə qarışmıram”

GÜNDƏM 13 may 2022, 17:49
“2012-ci ildə qardaşım Türkiyədə yerləşən xəstəxanaların birində müalicə alıb, 8 ay xəstəxanada müalicə alıb. Mübariz Mənsimov həmin dövrdə iş adamlarını qardaşımın yanına göndərib, kömək təklif etmişdi, çünki xəbər tutmuşdu ki, müalicə xərcləri həddən artıq çoxdur. Təsəvvür edin, mən o vaxtı qardaşımın müalicəsi üçün 1 milyon 250 min dollar pul xərcləmişdim. Rəhmətlik qardaşım təklifi qəbul etməyib, təşəkkürünü bildirib demişdi ki, ehtiyacımız yoxdur”.

Bunu Pravda.az-a açıqlamasında sabiq deputat Qalib Salahzadə deyib.

Q.Salahzadə qeyd edib ki, Mübariz Mənsimovu heç vaxt görməyib.

Q.Salahzadə, həmçinin, Bakının Yasamal rayonunda yerləşən “Ləvəngi” restoranında M.Mənsimovun “pul paylaması” və həmin restoranın, əslində, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadəyə məxsus olması barədə yayılan xəbərlərə də münasibət bildirib: “Mən heç vaxt Şeyxin işlərinə qarışmamışam, qarışan da deyiləm. Bu, mənə yaraşmaz. Mənim öz işlərim var”.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top