"Altı milyon insan Ukraynanı tərk edib" — BMT

GÜNDƏM 12 may 2022, 21:04
Xaricə gedən ukraynalıların sayı artıq altı milyon həddini keçib.

Demokrat.az “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) məlumatında deyilir.

Qeyd olunur ki, mayın 11-nə olan məlumata görə, Ukrayna ərazisini 6 029 705 nəfər tərk edib.

Əksəriyyət, 3,2 milyondan çox insan Polşaya gedib. Rumıniyaya təxminən 900 min, Rusiyaya 785 mindən çox, Macarıstana 583 min, Moldovaya 459 mindən çox, Slovakiyaya demək olar ki, 410 min, Belarusa isə 27 mindən çox insan gedib.

Eyni zamanda, BMT-nin  məlumatına görə, fevralın 28-dən 1 milyon 626 min 500 ukraynalı öz vətənlərinə qayıdıb.

Leyla
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top