“Azərişığ”ın əməkdaşı iş başında xəsarət aldı

HADİSƏ 11 may 2022, 23:45
“Azərişığ”ın əməkdaşı işıq dirəyindən yıxılaraq ağır xəsarət alıb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə bu gün günorta saatlarında Qax rayonunun Qapıçay kəndində baş verib.

Belə ki,Qax şəhər sakini, 1985-ci il təvəllüdlü Kərimov Vasif Kərim oğlu işıq dirəyində iş görən zaman ehtiyatsızlıqdan yıxılıb.

Hadisə zamanı ağır xəsarət alan Vasif Kərimovu Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Həkimlər ona ilk yardım göstərib və daha sonra onun vəziyyətini nəzərə alaraq, Bakı şəhərindəki xəstəxansların birinə göndəriblər.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top