Nüvə silahı təhlükəsi... — III Dünya savaşı

GÜNDƏM 10 may 2022, 20:22
“Ukrayna müharibəsi zamanı Rusiyanın nüvə silahından istifadə edəcəyinə dair fikirlər və ehtimallar səslənir. Ancaq bu ağılsız addımı hər hansı tərəfin indiki şəraitdə atacağı ehtimalı çox azdır”.

Bu sözləri Demokrat.az-a açıqlamasında Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan deyib.

Analitik qeyd edib ki, ABŞ və Qərb dövlətləri İkinci Dünya müharibəsindən sonra ilk dəfədir ki, bir tərəfə, indiki şəraitdə Ukraynaya münasitbətdə belə həmrəylik nümayiş etdirirlər. Almaniyanın Raynştayn şəhərində ABŞ-ın hərbi bazasında keçirilən tədbir bunu təsdiqləyir. Həmin toplantının nəticəsi olaraq, Ukraynaya hərbi yardım məqsədilə 5 milyard dollar toplandı. Bu yığıncaqda ABŞ, Avropa İttifaqına üzv ölkələr, Böyük Britaniya və başqa dövlətlərin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları birmənalı olaraq, Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarını pisləyiblər”. “Hadisələr göstərir ki, Ukraynanın ərazi bütövlüyü və suverenliyini müdafiə edənlərin sayı çoxdur. Daha doğrusu bu müharibədə heç bir dövlət Rusiyaya haqq qazandırmır. Onun müttəfiqləri sayılan Çin və İran belə NATO-nu, qərbi vəziyyətin bu yerə gəlib, çatmasında qınasalar da, Rusiyanın haqlı müharibə apardığını açıq-aşkar bəyan etməyiblər”- deyə analitik bildirib.

Aynurə Pənahqızı
 Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top