Son sutkada koronavirusdan ölən olmadı

SOSİAL 10 may 2022, 16:44
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 6 yeni yoluxma faktı qeydə alınıb, 5 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Demokrat.az-a verilən məlumata görə, ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 792 638 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 869 nəfər müalicə olunaraq sağalıb, 9 709 nəfər vəfat edib. 60 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 890, bu günə qədər isə ümumilikdə 6 838 458 test icra olunub.



Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top