“Ulu Öndər Heydər Əliyev haqqında keçmiş zaman halında danışmaq qeyri-mümkündür. Çünki gerçəkdən də bu yalnız metafora deyil. Uzun illərdən sonra da Heydər Əliyev ideyalarının gerçəkliyə çevrilməsi öz-özlüyündə sübut edir ki, Heydər Əliyev həmişə gələcəyin insanı olubdur, bu gün də elə var. Ona görə də, 99 illiyini Azərbaycan xalqının qeyd etdiyi bir tarixi şəxsiyyət haqqında milyonlara insanın müxtəlif illərdə danışmağına rəğmən, sanki onun haqqında hələ heç kəs son və mötəbər sözü söyləyə bilmir. Ona görə ki, zaman keçdikcə Heydər Əliyevə baxışlar da yenilənmiş olur”.
Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.
“Heydər Əliyevi bir cümlə ilə xarakterizə etmək lazım gəlsəydi və bir konfransda yalnız bir söz söyləməlisiniz desəydilər, mən bir parlament nümayəndəsi kimi, onu qalibiyyətin simvolu adlandırardım. Çünki Heydər Əliyev həyatının müxtəlif dövrlərində istər şəxsi planlarda, istərsə də siyasi mənada yaşadığı çətinliklərdən sonra Allah ona yenidən dönmək və qələbə qazanmaq imkanını verdi. Bu, 70-ci illərdən Azərbaycana rəhbərliyindən başlayır, bir mütəffiq respublikanın Sovetlər Birliyinin ucqarlarda yerləşən bir subyektini qabaqcıl ölkələr sırasına qatmasından başlayır. Daha sonra onun 1987-ci ildən Kremldən uzaqlaşması, Azərbaycanın məruz qaldığı zərbələr, Qarabağ hadisələri və sonradan yenidən hakimiyyətə dönüşü dediyimiz bu prosesləri sübut edir. Mən Heydər Əliyev haqqında gələcək zamanda həm də ona görə danışmaq istəyirəm ki, bizim Qarabağda zəfərə qovuşmağımız öz-özlüyündə Heydər Əliyev ideallarına, siyasətinə, dövlət kursuna, fəlsəfəsinə, ideologiyasına, xüsusi olaraq da hərbi- strateji planlarına dayanaraq əldə etdiyimizin fərqindəyik. Ona görə də, Cənab Prezident İlham Əliyev 8 noyabrda xalqımıza müraciətində: “Mən xoşbəxtəm insanam ki, ata vəsiyyətini yerinə yetirdim”- deyə, həm övlad olaraq, həm də dövlət başçısı kimi onun Heydər Əliyev qarşısında götürülmüş böyük öhdəliyin yerinə yetirilməsi təqdimatını verdi. Bu, çox doğru yanaşma idi”.
“Mən çox yaxşı xatırlayıram ki, 2001-ci ildə Heydər Əliyev Milli Məclisin binasına gəldi və bağlı qapılar arxasında keçirilən görüşlərdə, danışıqlarda müzakirə olunan məsələləri açdı və bu düyün nöqtəsinin gələcəkdə hansı formada tənzimlənə biləcəyinin modelini orada ifadə elədi. Çox yaxşı xatırlayıram ki, iki gün müzakirələr getmişdi onda. Heydər Əliyevin çox parlaq bir çıxışı olmuşdur. Mən onda Milli Məclisin yeni üzvü idim. Çox yaxşı xatırlayıram ki, həqiqətən də, bu çıxışın təsiri uzunmüddət bu parlament divarları içərisində əks səda doğurmuşdur. Bu, eyni zamanda regional və beynəxalq hadisələrə münasibətin də bir güzgüsünə çevrilmişdir. Ona görə də, hesab edirəm ki, bizim üçün ən önəmli məsələ Heydər Əliyevə baxışımızın gələcək dönəmdə, həyatımızın bütün sahələrində istər dövlət idarəçilik, o cümlədən şəxsi böyümə, formalaşma, karyera quruculuğu, gələcəyə hətta baxış, güclü, mükəmməl bir insan kimi onu üzərindən həyatımızı formalaşdırmağa çalışaq. Bu, çox önəmlidir”.
Millət vəkili əlavə edib ki, bu gün biz Vətən müharibəsindəki qələbədən sonra yeni bir mərhələnin, yeni bir dövrün başlandığın ısöyləyirik: ”Heydər Əliyevin müəyyənləşdirdiyi strateji planlar bizim üçün dünyada baş vermiş qlobal dəyişiliklər fonundan özünü göstərəcəkdir. Amma həmin irsə istinad üçün yeni addımlar atmış olsanız görəcəksiniz ki, həqiqətən də orada son dərəcə böyük bir nümunələr var. Məsələn biz bəyan edirik ki, bölgə yeni siyasi arxitektura üzərindən qurulmalıdır. Heydər Əliyev 1999-cu ildə Qafqazda sülh və təhlükəsizlik paktı kimi bir modeli irəli sürmüşdür, ifadə etmişdir. Yaxud da ki, bu gün bölgə dövlətlərinin arasındakı konfliktlər fonunda Heydər Əliyev söyləmişdi ki, əgər siz Qarabağ məsələsinə gərəkən obyektiv münasibəti göstərməsəniz bu zəncirvari reaksiya dünya təhlükəsizliyi üçün böyük problemlərə yol açacaq. SSRİ-nin dağılmasında rol oynayan bu hadisələr lokal miqyasda qalmayacaq. Ərazi üzərindən məsələyə yanaşılmamalıdır”.
“Siyasi və konfliktlərin özünün fəlsəfəsindən ona qiymət verilməlidir. Yaxud da ki, Türkiyə-Azərbaycan münasibətlərindən çıxış edəndi ki, o hərbi müttəfiqlik səviyyəsinə gəlib çatıbdır. Heydər Əliyev bunu zaman-zaman ifadə eləmişdi, onun tarixi əsəslarını formalaşdırmışdır. Yaxud da ki Qərblə uğurlu münasibətlər fonunda bölgə dövlətləri ilə savaşmamaq. Düşünürəm ki, bütün bunların da üzərində Heydər Əliyevin böyük bir mirası daşınmaqdadır. Buna görə də, əlbəttə ki, Heydər Əliyev haqqında həmişə çalışmaq lazımdır ki, yeni fikir söyləsinlər. Heydər Əliyev əlbəttə ki, sistem adam idi. Çünki o, dövlət təhlükəsizlik orqanlarını politoloji, siyasi, tarixi ədəbiyyatlarda sistem deyə xarakterizə edirdilər. Lakin mən həmişə deyirdim ki, baxın o məkanda, o strukturda yüz minlərlə insan ötən bir əsrdə və ondan əvvəlki tarixi dövrdə adları fərqli də olsa kəşfiyyat orqanlarında çalışıblar. Amma Heydər Əliyev bütün həyatı boyu öz sistemi olan adam idi. Ona görə də, belə bir liderlə müəyyən bir dönəmdə bizlər, Milli Məclis üzvləri, Parlament üzvləri yaxud da siyasətə yeni başlayan adamlar hər bir zaman ondan öyrənməyə cəhd ediblər. Bizim Çörçilə Ruzvetə yaxud biraz ondan öncəki tarixi şəxsiyyətlərin hansısa xüsusiyyətləri cəhd etməyə çalışmırıq. Biz Azərbaycan xalqının özünün yetişdirdiyi, formalaşdırdığı və hər zaman özümüzün müraciət edəcəyimiz bir insan var. O da Heydər Əliyevdir!”.
Aynurə Pənahqızı
Demokrat.az