Rəsul Quliyev: “300 ildən sonra Putin Avropaya açılan bu pəncərəni birdəfəlik bağlamış oldu”

SOSİAL MEDİA 10 may 2022, 14:03
"Dünya ölkələrinin yox, Sovet İmperiyasına daxil olan Respublikaların tarixini bilməyən nadan Putin hər çıxışında nadanlığının səviyyəsini bir qədər də dərinləşdirir". 

Demokrat.az-ın  xəbərinə görə, bunu Azərbaycanın sabiq spikeri Rəsul Quliyev "Facebook" səhifəsində bildirib.

O, qeyd edib ki, Suriyanın 5 min illik taixi olan Hələb şəhərini yerlə bir etməsi ilə özünü az qala dünyanın bir nömrəli sərkərdəsi sayan müştəbey diktator Rus  xalqının sadəlövhlüyündən Solovyov, Simonyan və başqa propaqandistlərin yalan danışmaqdan artıq bozarmış sifətlərindən istifadə edərək özünə Rusiyada ağlasığmaz imic yaradıb və bu imicə özüdə inanan Baydenin sözü ilə desək ağıldan kəm Putin nəhayət dünyanı onun planları ilə yaşamağa məcbur edəcəyinə inanaraq Ukraynaya hücum etdi. Bu adamın boş qazan olduğuna inanmayan Avropa və ABŞ liderləri qorxub geri çəkilmək istəyirdilər. 3 gün ərzində Ukrayna xalqı bunun belə olmadığını sübut etdi və qərb ölkələrinin qorxusu çəkildi. İndi bütün qərb Ukraynaya silah-sursat daşıyır. Ukraynaya humanitar yardım edən ölkələrin sırasında bizim ölkədə vardır. Yeri gəlmiş qeyd edim ki, bu çox fəxr ediləsi addım idi… 

"2015-ci ildən başlayaraq bu adam “Ukrayna adlı ölkə olmayıb onu Lenin yaradıb” və ya “Qazaxıstanı Sovet yaradıb, belə bir ölkə olmayıb” kimi sayıqlamalara başladı. Hər dəfə “qədim tarixli Rusiyanın qədrini bilmirlər, bunların dərsi verilməlidir” deyə sərsəm çıxışlar etdi.

Heç şübhəsiz ki, azca da olsa savadı olanlar hər kəs Rusiyanın 1721-ci ildə I Pyotr tərəfindən yaradıldığını bilirlər. Yəni bu qədim Rusiyanın cəmi 300 yaşı var, Ukraynada dövlət olanda Rusiyanın çöllərində insan belə yox idi - ayılar yaşayırdı. Yəni sovetə daxil olan ölkələrin daxilində ən gənci elə Rusiya idi.

Hakimiyyətə imperator kimi gələn Pyotr Peterburq şəhərini Avropaya pəncərə üçün tikməyə qərar verdi. 300 ildən sonra Putin isə Avropaya açılan bu pəncərəni birdəfəlik bağlamış oldu…", Rəsul Quliyev bildirib.

Məlik
Demokrat.az


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top