Azərbaycanda yeni radiokanal fəaliyyətə başladı

MEDİA 10 may 2022, 10:14
Bu gündən etibarən Azərbaycanda yeni radiokanalı fəaliyyətə başlayıb.

Demokrat.az xəbər verir ki, REAL FM adlı yeni radiokanalı Bakı şəhəri və Abşeron yarımadası ərazisində 107,0 MHz tezliyində yayımlanacaq.

Dinləyiciləri ölkədə və dünyada baş verənlərlə bağlı operativ şəkildə məlumatlandırmağı qarşısına məqsəd qoymuş REAL FM-in yayımının əsas hissəsini xəbərlər təşkil edir. Xəbərlərlə yanaşı Real FM-də musiqilər də səsləndiriləcək.

REAL FM Bakıda və Abşeron yarımadasında 107 FM, Şuşa və ətraf rayonlarda isə 98.6 FM tezliyində yayımlanır. Yaxın zamanda isə radionun bütün ölkə ərazisində yayımı planlaşdırılır.

Qeyd edək ki, “Real FM”ın yayımlandığı tezlik daha əvvəl “Lider” radiosuna məxsus idi. 



Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top