Odessaya daha 3 raket zərbəsi endirildi

GÜNDƏM 09 may 2022, 23:01
Rusiya Odessaya“Kinjal” tipli üç raket zərbəsi endirib. Nəticədə 5 bina dağılıb, iki nəfər yaralanıb.

Demokrat.az UNİAN-a istinadən bildirir ki, bu barədə jurnalistlərə “Cənub” Əməliyyat Komandanlığından məlumat verilib.

"Odessa vilayətində növbəti raket hücumu həyata keçirilib. Tu-22 strateji təyyarəsindən 3 ədəd "Kinjal" raketi atılıb. 5 bina dağıdılıb", - Yuq bildirib.

Raket hücumu nəticəsində yaranan yanğın söndürülüb.

Leyla
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top