Ukrayna Aİ-yə üzvlüklə bağlı sorğunun ikinci hissəsini təhvil verdi

GÜNDƏM 09 may 2022, 22:22
Ukrayna bu gün Avropa İttifaqına üzvlüyünə namizəd statusu almaq üçün tələb olunan sorğu ərizəsinin doldurulan ikinci hissəsini təhvil verib.

Demokrat.az
Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Ukraynanın Avropa və Avro-Atlantik inteqrasiyası üzrə baş nazirin müavini Olqa Stefanişina bildirib.

Məlumata əsasən, bu sənəddə Ukrayna ölkə qanunvericiliyinin Avropa qanunvericiliyinə uyğunluğunu qiymətləndirdi (acquis communautaire).

İkinci hissənin cavabları təxminən 4 min səhifədən ibarətdir ki, bu da Avropa İttifaqı ilə Assosiasiya Sazişinin 8 illik icrasından sonra Ukrayna qanunvericiliyinin vəziyyətini əks etdirir.

Leyla
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top