"Avropanın gələcəyi Ukrayna ilə sıx bağlıdır" — Avropa Parlamentinin sədri

GÜNDƏM 09 may 2022, 20:49
"Rusiyanın Ukraynaya genişmiqyaslı təcavüzünə başlayandan sonra Avropanın taleyinin Ukraynanın taleyi ilə sıx bağlı olduğu təsdiqini tapdı"

Demokrat.az
 “Ukrinform”a istinadən bildirir ki, bunu bu gün Strasburqda, Avropa Parlamentində, Avropanın Gələcəyi Konfransının yekun iclasında Avropa Parlamentinin sədri Roberta Mezzola çıxışı zamanı deyib:

“Avropanın gələcəyi hələ yazılmayıb və bizim tariximiz hər birimizdən asılıdır. Putinin Ukraynaya hücumu Avropanın rolunu dəyişdirdi. Və bizim artıq vaxt itirməyə haqqımız yoxdur... Avropanın gələcəyi Ukraynanın gələcəyi ilə bağlıdır. Qarşılaşdığımız təhlükə realdır. Uğursuzluğun qiyməti böyükdür"

Leyla
Demokrat.az


.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top