Piyada keçidlərindən istifadə etməyənlər barəsində inzibati tədbirlər görüldü — FOTO

SOSİAL 08 may 2022, 21:17
Zaqatalada yol polisi tərəfindən piyadalar arasında intizamın möhkəmləndirilməsi, onların həyat və sağlamlığının qorunması məqsədi ilə şəhər ərazisində nəzarət-profilaktik tədbirlər keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Demokrat.az-a verilən məlumata görə, xüsusilə də avtomobillərin intensiv hərəkət etdiyi küçə və prospektlərdə keçirilən tədbirlər zamanı ərazidə yeraltı və yerüstü piyada keçidlərinin olmasına baxmayaraq, bəzi şəxslərin yolu müəyyən edilməyən yerlərdən keçdikləri aşkarlanıb.

Onlarla maarifləndirici söhbətlər aparılıb və yol hərəkətinin təhlükəsizliyi barədə məlumat verilib.

Bu kimi qayda pozuntularının həm özləri, həm də digər hərəkət iştirakçılarının sağlamlığı üçün ciddi təhlükə yaratdığı izah olunub. Xəbərdarlıqlara baxmayaraq, təkrar analoji qayda pozuntusu törədən piyadalar barəsində inzibati tənbeh tədbirləri görülüb.

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top