ABŞ-ın birinci xanımı Ukraynaya səfər etdi

GÜNDƏM 08 may 2022, 17:29
ABŞ Prezidenti Cozef Baydenin xanımı Cill Bayden Ukraynaya gizli səfər edib.

Bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Zakarpatye Regional Şurası məlumatı təsdiqləyib.

Yerli mətbuatın məlumatına görə, ABŞ-ın birinci xanımı Cil Bayden Ujqorodda Ukraynanın birinci xanımı Yelena Zelenski ilə görüşüb.

“Cill Bayden və Yelena Zelenski Ujqorodda Ukraynanın hərbi əməliyyatların davam etdiyi ərazilərdən məcburi köçkün düşən insanların məskunlaşdıqları məktəbə baş çəkiblər.

"Məlum səbəblərdən Ujqorod səfəri elan olunmayıb, mümkün qədər məxfi saxlanılıb və media üçün qapalı olub. Görüşdə yalnız Ağ Evin mətbuat xidməti iştirak edib.

Hazırda Cill Bayden Ukrayna ərazisini tərk edib”, - Zakarpatye Regional Şurasının bəyanatında deyilir. /"Report"

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top