Hərbi ekspert: “Putinin xəstəliyi ilə bağlı söhbətlərin çox böyük vüsət alması, elə onun öz priyomudur”

GÜNDƏM 07 may 2022, 17:02
“Son günlər mətbuat Rusiya prezidenti V. Putinin on ildən bəri düçar olduğu xəstəliyin kəskinləşməsi ilə bağlı mütləq şəkildə əməliyyata alınacağı və tabii ki, bu səbəbdən zamanı gəlincə səlahiyyətlərini qısa müddətə də olsa ətrafındakı yaxın adamlarından birinə həvalə edəcəyi bildilirilir. Ən çox adı vurğulanan RF təhlükəsizlik şurası katibi N. Patruşevdir. Məlum olduğu kimi, Patruşev, Piter klanına aiddir, eks FSB direktoru, bu orqanın generalıdır. Putinin ən çox güvəndiyi şəxslərdən biridir. Olduqca qəddar, amansız biri kimi ad çıxarıb. Hazırda oğlu da kabinetdə nazir vəzifəsi tutur”.

 Demokrat.az xəbər verir ki, bu sözləri hərbi ekspert Tərlan Eyvazov öz sosial şəbəkəsində yazıb. 
 
O əlavə edib ki, digər az qisim müşahidəçilər konstusiyaya əməl edilərək belə halın yaranacağı halda baş nazir Mişustinin prezident səlahiyyətlərini icra edəcəyini bildirirlər:



“Məndə bu versiyaya üstünlük verərdim. 1996-cı ildə, prezident seçkilərdən sonra Boris Yeltsin ürək əməliyyatına alındı. Bir neçə saatlıq səlahiyyətini o dövrdəki baş nazir Çernomırdinə verdi, narkozdan ayılan kimi səlahiyyətini geri istədi. Oxşar quruluşa ( əsasən MDB) malik dövlətlərin hamısında bu qayda gözlənilir, əks halda tabii ki, dünya instutları mövcud vəziyyətlə barışmaya bilər. ( yalnız Türkmənistanda Berdiməhəmmədov ölkəsində ikinci şəxs olan parlament sədrini həbsə aldırdı, baş nazir kimi prezdent kürsüsünə oturdu, yenə konstusiya gözlənildi) Bəs onda bu Patruşev söhbəti nədir? Zənnimcə 24 fevralda Ukraynaya qarşı başlanan hərbi əməliyyatların birinci növbədə məhz FSB generallarının səhvi ucundan fiaskoya uğraması, Putində doğma təşkilatına ümidsizlik yaratdı, qurumun bir çox yetkiləri cəzalandırıldı. Müdafiə Nazirliyinə isə güvən artdı. Amma son əməliyyatlarda əsaslı irəliləyişlərin olmaması, həmçinin " Moskva" kreyserin taleyi yenidən FSB ulduzunun parlamasına, Putinin ona güvənin artmasına səbəb olub. Zatən bu iki qurum arasında daima mübarizə gedib. Amma SSRİ vaxtı bütün rəhbərliyi əlində cəmləşdirən kommunist partiyası, bu ziddiyətin dərinləşməsinə imkan vermir, balans yarada bilirdi. İndi isə KPSS yoxdur”. 
 
T.Eyvazov qeyd edib ki, hər şeyi prezident və aparatı nizamlamalıdır:

“Hər halda Putin dəlisov kimi görünsə də, axmaq deyil. Mənsub olduğu təşkilatın nələrə qadir olduğunu yaxşı bilir. Ona görədə daima FSB-ni tumarlasada, onun generalına hakimiyyət etibar etməz. Mişustin isə əsil özü istəyəndi. ( Elə bizim Artur müəllim kimi) İntriqadan uzaq, tikansız, hamı ilə yola gedən, asan idarə oluna bilən məmurdur. Həmçinin mütəxəssislərin bildirdiyi kimi, dünyanın çox ciddi iqtisadi basqıları altında, Baş nazir və Mərkəzi Bank rəhbərinin ölkə iqtisadiyyatını idarə edə bilməsi, heyranlıq doğurur. İqtisadi vəziyyəti hələki nisbətən sabit saxlaya bilmək, əsasən bu iki şəxsin xidmətidir. Digər tərəfdən ölkə düzəninin əsas strukturu vilayət qubernatorları, daima baş nazirlə təmasda bulunur, federal büdcədən ala bildiklərini baş nazirdən alırlar, çünki bu işə aparat deyil, nazirlər kabineti baxır. Onlarda yəqin ki, "dolyalarına" daima şərik çıxan FSB-lə deyil, baş nazirlə işləməyi üstün tutarlar. Çox güman ki, buna qərb dünyası da sıcaq baxacaq. Çünki digər qaniçənlərdən fərqli olaraq Mişustinin elə bir günah işlətməsi barədə məlumatlar səslənməyib”.

“Putinin xəstəliyi ilə bağlı söhbətlərin çox böyük vüsət alması, elə Rusiya prezidentinin öz priyomu da ola bilər. Qədim zamanlardan padşahlar belə üsuldan istifadə edib, bir qədər sabitlik yaranmasını, kimin kim olduğunu ayrıd edə biliblər. Necə deyəllər yaşayarıq, görərik...”,- deyə hərbi ekspert fikrini yekunlaşdırıb.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top