“70-ə yaxın gəmi limanlarda qalıb”

GÜNDƏM 06 may 2022, 22:55
"Bu gün təxminən 70-ə yaxın gəmi limanlarda qalıb. Ekipajın vəziyyəti ən pis Mariupolda olub. Çünki digər limanlarda ekipaj qurudan təxliyə oluna bilər".

Bu sözləri Ukraynanın infrastruktur nazirinin müavini Yuri Vaskov deyib.

Mariupol Ticarət Dəniz Limanı Dövlət Müəssisəsinin müdiri İqor Barski isə Mariupol Limanında hələ də blokadada olan 6 xarici bayraqlı gəmi olduğunu qeyd edib.

Barski onlardan bəzilərinin gəmiqayırma zavodu tərəfindən lazımi təmir işləri aparılmadan limanı tərk edə bilməyəcəyini və Mariupol gəmiqayırma zavodunun məhv edildiyini bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top