AZAL-ın Bakı-Naxçıvan təyyarəsi tufanla əlaqədar geri qayıtdı

GÜNDƏM 06 may 2022, 19:25
“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2 255 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı Naxçıvan hava limanı ətrafındakı tufanla əlaqədar uçuş hava limanına qayıtmaq qərarına gəlib.

Bu barədə AZAL məlumat yayıb.

Bildirilib ki, təyyarə saat 18:42-də Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

Sözügedən reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Naxçıvana yola düşəcəklər.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top