Pedaqoji Universitetin Quba filialı 30 yaşını qeyd etdi — FOTOLAR

SOSİAL 06 may 2022, 08:43
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının 30 illik yubileyi qeyd olunub.

Demokrat.az xəbər verir ki, yubiley mərasimində rayonun təhsil ictimaiyyətinin nümayəndələri, rayon rəhbərliyi, millət vəkili Vahid Əhmədov, ziyalılar, təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərov, müəllim və tələbələr iştirak ediblər. 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının rəhbəri Yusif Alıyev təhsil ocağının 30 illik tarixindən söz açıb, qonaqları salamlayıb.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru C.Cəfərov filialın iş təcrübəsini yüksək qiymətləndirib, uğurlarından söz açıb.

Quba İH başçısı Ziyəddin Əliyev isə çıxışında 1991-ci ildə Azərbaycan Mədəniyyət və Universitetinin Quba filialı kimi yaradılmış təhsil ocağının 2000-2015-ci illər arasında Azərbaycan Müəllimlər İnstitutunun Quba filalı kimi fəaliyyət göstərdiyini qeyd edib. 

O bildirib ki, 2015-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı kimi fəaliyyət göstərən ali təhsil müəssisəsi Vətən Müharibəsində kənarda qalmayıb, filialın 1 müəllimi, 27 tələbə və məzunu Qarabağ uğrunda döyüşlərə qatılıb:

"Hazırda Vətən Müharibəsinin 3 iştirakçısı fiĺialda təhsilini davam etdirir. Onlardan ikisinin təhsil xərcini filial öz üzərinə götürüb".

Millət vəkili V.Əhmədov bölgənin ixtisaslı kadrlarla təmin olunmasında filialın xidmətini yüksək qiymətləndirib və kollektivə uğurlar arzulayıb.

Təhsil nazirinin müavini F.Qurbanov çıxışında filalın müəllim və tələbə kollektivini 30 illik yubiley münasibətilə təbrik edib.(bizim.media)


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top