“Rusiya dünyada hegemonluğunu və imicini artıq itirib” — ŞƏRH

GÜNDƏM 05 may 2022, 18:02
Rusiya ordusunun Ukraynaya hücum etməsilə başlanan tam miqyaslı hərbi əməliyyatlar artıq bir neçə aydır ki, davam edir. 

Aylardır davam edən bu müharibədə az-az Rusiyaya haqq qazandıranlar da oldu, günahı Ukraynaya atanlar da. Amma sonra  Ukrayna hakimiyyətini və onun rəhbərliyinə tərəf çıxanlar da oldu. Hamı başa düşür ki, bu, sadəcə, Rusiya-Ukrayna müharibəsi deyil, bu, həm də diktatura-demokratiya müharibəsidir. Kreml artıq neçənci dəfədir ki, azad və qanuni seçkilər yoluyla öz rəhbərini seçən postsovet ölkələrinə qarşı düşməncəsinə mövqe tutur və onların bu “yeniliyi”ni həzm edə bilmir. Ortada nümunələr də var: Gürcüstan, Moldova, Belarus, Qırğızıstan... hətta Ermənistan. Moskva birmənalı olaraq bu adı çəkilən ölkələrdə keçirilən seçkilərdə həmişə müstəbidlərin tərəfini tutub, demokratik qüvvələrin hakimiyyətə gəlməsinə mane olmağa çalışıb. Belə demək mümkünsə, Ukrayna bu müharibə ilə Rusiyaya qarşı əsl dirəniş göstərməkdədir. Amma maraqlı olan postsovet ölkələrinin Rusiyaya dəstək olub-olmamasıdır. Maraqlıdır, postsovet ölkələri bu məsələdə Ukraynaya kömək göstərməlidirmi?

YAP Səbail rayon Gənclər Birliyinin sədr müavini, politoloq Fuad Heydər Demokrat.az-a açıqlamasında bildirib ki, Rusiya dünyada hegemonluğunu qorumağa çalışsa da, imicini itirib. Çünki Rusiya Ukraynaya müharibə etməklə öz işğalçılıq siyasətini göstərdi:



“Bilirik ki, bəzi postsovet ölkələri müəyyən dövrlərdə SSRİ-nin tərkibindən rahatlıqla çıxdılar. Ola bilsin ki, Rusiyanın yenidən müasir SSRİ-ni bərpa etmək niyyəti var idi, lakin o, istəklərinə nail ola bilməyəcək. Çünki Ukraynaya bütün Avropa ölkələri dəstəyini bildirdi və bildirməkdədir. Postsovet ölkələrinin Ukraynaya dəstəyi məsələsinə gəlincə, bu, bir qədər çətin məsələdir. Çünki burada bir qədər qalmaqal olan məsələlər mövcuddur. Və buna Ukrayna xalqı özü qərar verməlidir. Postsovet ölkələri dəstək olmazı bəlkə də labüddür, amma bu onların öz şəxsi qərarlarıdır. Hesab edirəm ki, onlar yalnız Rusiyanın işğalçılıq siyasətini qabardılmış şəkildə dünyaya bəyanat etməklə, Ukraynaya öz dəstəklərini göstərmiş olarlar”.

Aynurə Pənahqızı
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top