Salyanda xüsusi qayğıya ehtiyacı olan gənclər arasında müsabiqə keçirildi — FOTOLAR

SOSİAL 05 may 2022, 17:10
Bu gün Salyan rayon Gənclər və İdman İdarəsi və “Murad”  Əlillər  İctimai Birliyinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibəti ilə xüsusi qayğıya ehtiyacı olan gənclər arasında yaradıcılıq müsabiqəsi keçirilmişdir.

Demokrat.az xəbər verir ki, xüsusi qayğıya ehtiyacı olan gənclər arasında yaradıcılıq müsabiqəsində Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov və Salyan rayon Gənclər və İdman İdarəsinin kollektivi, “Murad”  Əlillər  İctimai Birliyinin sədri Rəsmiyyə Səmədova və xüsusi qayğıya ehtiyacı olan yaradıcı və istedadlı gənclər, 59 saylı Salyan seçki dairəsinin deputatı Jalə Əhmədovanın köməkçisi Əlimuxtar Məmmədov, Salyan rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktor müavini İlhamə Xudazarova , "Qələbə" qəzetinin müxbiri şair-publisist Əzizağa Məmmədli  iştirak edirdi. İlk öncə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. 

Tədbirdə çıxış edən Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov müsabiqə iştirakçılarını salamlayaraq bildirdi ki, hər bir kəs ilk növbədə öz xalqı, vətəni ilə tanınır. Elə nadir insanlar da var ki, onlar mənsub olduğu xalqı, vətəni tanıdır, şöhrətləndirirlər. Belə insanlar seçilmiş şəxsiyyətlərdir və xüsusi missiyası olan liderlərdir. Ümummilli Liderimiz Heydər Əliyev məhz belə şəxsiyyətlərdəndir. Heydər Əliyev kimi xalqına hədsiz bağlı olan şəxsiyyətlərin ömrü onun yaşadığı illərlə ölçülmür. Ulu Öndər Heydər Əliyev ölməz və əbədiyaşar lider olaraq hər birimizin qəlbində yaşamaqdadır. 

Sonra çıxış edən “Murad”  Əlillər  İctimai Birliyinin sədri Rəsmiyyə Səmədova bildirdi ki, görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, Azərbaycan milli dövlətçiliyini bütün təhlükələrdən xilas edib qoruyan və inkişaf etdirən qüdrətli şəxsiyyət kimi Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti müasir tariximizin ən mühüm və şərəfli mərhələsini təşkil edir. Təsadüfi deyildir ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər tariximizin qızıl dövrü kimi yaddaşlara həkk olunub. 

Sonra çıxış edən 59 saylı Salyan seçki dairəsinin deputatı Jalə Əhmədovanın köməkçisi Əlimuxtar Məmmədov , "Qələbə" qəzetinin müxbiri şair-publisist Əzizağa Məmmədli , Salyan rayon Gənclər və İdman İdarəsinin rəis müavini Aqşin Qasımov , Salyan rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktor müavini İlhamə Xudazarova çıxışlarında bildirdilər ki , Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müstəqil və müasir Azərbaycanın qurucusu olaraq adlandırılması bilavasitə Onun xalqımız üçün gördüyü nəhəng işlərə söykənən həqiqət, reallıqdır. Biz bu gün Heydər Əliyevin müdrik və uzaqgörən siyasətinin parlaq nəticəsi olaraq Azərbaycanın davamlı inkişafının şahidlərinə çevrilməkdəyik. 

Daha sonra müsabiqədə rəsmlər və əl işlərindən ibarət sərgi nümayiş etdirildi. Sonra tədbir xüsusi qayğıya ehtiyacı olan yaradıcı və istedadlı gənclərin hazırladıqları musiqi və rəqs kompozisiyaları ilə davam etdirildi. Sonra münsiflər heyətinin yekun qərarına əsasən qaliblər müəyyənləşdirildi. Sonda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibəti ilə xüsusi qayğıya ehtiyacı olan gənclər arasında yaradıcılıq müsabiqəsinin  qalib və fərqlənmiş iştirakçıları Salyan rayon Gənclər və İdman İdarəsinin diplomları ilə təltif edildilər.



Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top