“Prezident kuboku-2022”nin rəsmi paradı baş tutdu — FOTOLAR

İDMAN 05 may 2022, 14:21
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu il dönümünə həsr edilən avarçəkmə üzrə “Prezident kuboku-2022” reqatasının bu gün rəsmi paradı təşkil edilib. Mayın 5-i saat 10:30-dan start götürən paradda Gürcüstan, Moldova, Türkiyə, Özbəkistan və Azərbaycan komandasının yarış iştirakçıları Mingəçevir şəhərində yürüş ediblər. 

İdmançıları böyük ölçüdə Azərbaycan Respublikasının dövlət bayrağını daşıyan könüllülərdən ibarət dəstə, çaparların xüsusi milli geyimdə Qarabağ atları ilə və avarçəkmə idman növünün qayıqları olan xüsusi avtomobil müşayiət edib. 

Yürüşün sonunda Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının prezidenti Vüqar Əhmədov, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov və “Prezident kuboku” reqatasında iştirak edən ölkələrin federasiya rəsmiləri umummilli Heydər Əliyevin abidəsini ziyarət edərək qarşısına gül dəstələri düzüblər. 

Demokrat.az paraddan özəl görüntüləri təqdim edir:




Gülçin Qorxmaz
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
05 iyul 2025, 23:49
Top