Zahid Oruc: “Azərbaycanın Zəfəri insan alveri ilə mübarizəyə böyük töhfə verib”

GÜNDƏM 05 may 2022, 13:03
“Sürətlə böyüyən bu gəlirli qlobal cinayətin illik dövriyyəsi 150 milyard dollar təşkil edir. BMT dünyada insan alverinin son 13 ildə rekord həddə yüksəlməsini qeydə alıb”.

Demokrat.az xəbər verir ki, bunu bu gün Milli Məclisdə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatının müzakirəsi zamanı parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib.

Zahid Oruc deyib ki, BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsinin (UNODC) son hesabatına görə, dünyada müəyyən edilmiş hər 10 qurbana təxminən 5 qadın və 2 qız düşür. Cinsi istismar insan alverinin ən çox müəyyən edilmiş forması olaraq qalır: "Ümumilikdə müəyyən edilmiş qurbanların 50 faizindən çoxu cinsi istismar məqsədi ilə insan alverinə məruz qalıb. Hətta qlobal pandemiya zamanı insan alveri nəinki azalmayıb, əksinə, onun yeni trendi - “online, kiber insan alveri” sürətlə inkişaf edib. Bura insan alverini həyata keçirən qrupların maddi sıxıntı yaşayan ailələri hədəfə alması, işə götürmək adı ilə saxta təklifləri və s. əlavə olunub. Bu da insan alverinə qarşı yeni qlobal səyləri ortaya qoymağı tələb edir”.

Parlamentin komitə sədri qeyd edib ki, 44 günlük Vətən müharibəsində qazanılan Zəfərlə Azərbaycan yalnız haqq-ədaləti bərpa etməyib: “Azərbaycan həm də nəinki regionda, bütövlükdə dünyada insan alveri bəlasına qarşı mübarizəyə böyük töhfə verib. 30 il boyunca qanunsuz məskunlaşma, qaçaqmalçılıq və s. transmilli cinayətlərin “boz zonasına” çevrildiyi Qarabağ torpağının azad olunması dünyada insan alverinə qarşı mübarizəyə dövlətimizin töhfəsidir”.

Rza
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top