Kiyev vilayətində daha 20 mülki vətəndaşın cəsədi tapıldı

REGİON 04 may 2022, 17:33
Mayın 3-də Kiyev vilayətində 20 dinc sakinin cəsədi tapılıb. Bu barədə Kiyev vilayəti polisinin rəhbəri Andrey Nebytov ümummilli telemarafonun efirində bildirib. Və hadisə yerindən çəkilmiş videodan fraqment Facebook-da dərc edilib: "Yalnız dünən daha 20 meyit tapılıb. Bunlar Borodyanka, yaxınlıqdakı kəndlər, həmçinin Vışqorod rayonunun kəndləridir".

Demokrat.az xəbər verir ki, Nebytovun sözlərinə görə, ümumilikdə polis və digər bölmələr Kiyev vilayətində öldürülmüş 1235 mülki şəxsin meyitini tapıb, müayinə edib və ekspertizaya göndərib: "Artıq 800-dən çox meyit ekspertlər tərəfindən müayinə olunub. Və onların əksəriyyəti odlu silahdan ölən insanlardır. Yəni tək partlayıcı qurğulardan yox. Ona görə də Rusiya ordusunun Kiyevdə törətdiyi irimiqyaslı cinayətlərdən danışmaq olar. Aşkar edilən 1235 cəsəddən 282-nin şəxsiyyəti hələlik məlum deyil".(visiontv.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top