Azərbaycanda məktəbdə bomba HƏYƏCANI

HADİSƏ 04 may 2022, 12:59
Azərbaycanda məktəblərin birində bomba olması barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən Demokrat.az-a verilən məlumata görə, mayın 4-də saat 4.50-də nazirliyin "102 - Zəng Mərkəzi"nə mobil telefondan zəng edən şəxs "Ağsu rayonunun Ərəbuşağı kəndindəki orta məktəbdə bomba var" deyərək telefonu bağlayıb.

Dərhal Ağsu rayon Polis Şöbəsinin əməkdaşları müvafiq tədbirlər  keçirib və məlumat təsdiqini tapmayıb. 

Araşdırmalarla telefon zənginin Ərəbuşağı kənd sakini, ruhi xəstə, 23 yaşlı Füzuli Nizamlı tərəfindən edilməsi müəyyən olunub. Əməliyyat-axtarış tədbirləri nəticəsində o, saxlanılıb.

Araşdırma aparılır.

Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top