Gəncə terrorunda valideynlərini itirən Sevilin nişanı oldu — FOTOLAR

SOSİAL 04 may 2022, 11:32
Gəncə terrorunda valideynlərini itirən Sevil Əliyevanın nişan mərasimi keçirilib.

Demokrat.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Sevil Talış adlı oğlanla nişanlanıb. Qeyd olunub ki, nişan mərasimi yaxınlarının iştirakı ilə baş tutub.

Qeyd edək ki, 11 oktyabr 2020-ci il tarixində Gəncəyə atılan raket nəticəsində hər iki valideynini itirən  Sevil və 8 yaşlı qardaşı Hüseyni ana nənəsi himayəsinə götürüb. Sevil Əliyeva ötən il tələbə adını qazanaraq Azərbaycan Dövlət Aqrar Universitetinin İqtisadiyyat fakültəsinə qəbul olunub.  





Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top