Şəkidə maşın körpüdən aşdı: Xəsarət alan var

HADİSƏ 03 may 2022, 09:48
Şəkidə avtomobil körpüdən aşaraq çaya düşüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, hadisə Şəkinin İnçə kəndində baş verib. BMW markalı minik avtomobili körpüdən aşaraq çaya düşüb və xilasedici köməyinə ehtiyac yaranıb.

Hadisə yerinə cəlb olunan FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan bir nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top