Deputat: "Bu gün təhsil ocaqlarımız ən müasir avadanlıqlara təchiz olunub"

GÜNDƏM 02 may 2022, 20:36
"Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun həyata keçirdiyi , "Yeniləşən Azərbaycana - yeni məktəb" layihəsi uğurla davam etdirilir".

Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputat vurğulayıb ki, Heydər Əliyev Fondu tərəfindən Azərbaycanın regionlarında da çoxlu müasir məktəb binaları tikilib istifadəyə verilib:

"Bu gün Prezident İlham Əliyevin və Birinci vitse prezident Mehriban xanım Əliyevanın iştirakı ilə Sabunçu rayonunda istifadəyə verilən 304 saylı tam orta məktəb də müasir avadanlıqlarla təchiz olunaraq təhsil alanlar və təhsil verənlər üçün ən müasir şərait yaradılmışdır. Azərbaycanda təhsil müəssisələrin yenidən qurulması və bərpası işləri sürətlə həyata keçirilir. Son illər 4 minə yaxın təhsil müəssisəsi yenidən qurulmuşdur. Bu gün uşaqlarımız Azərbaycanın bütün bölgələrində müasir təhsil ocaqlarında oxuyurlar. Cənab Prezident hər bir müəllimin müasir məktəbdə işləməsini, hər bir şagirdin müasir məktəbdə təhsil almasını xüsusilə hər zaman diqqətə çatdırırdı".



"Bu gün demək olar ki, ölkəmizdə yenidən qurmaya ehtiyacı olan az sayda məktəb binaları qalmışdır. Məktəb binaların yenilənməsi, dövlətin təhsilə olan diqqəti və qayğısı sayəsində baş verir. Çünki, ölkənin gələcəyi təhsilin səviyyəsindən asılıdır. Gənclərimiz müasir ixtisaslara yiyələnməli və iqtisadiyyatımızın inkişafında yaxından iştirak etməlidirlər. Təhsil ocaqların yenilənməsi müasir biliklərin alınmasına imkan yaradır. Qeyd etmək olar ki, son illər açılan müasir istehsal sahələrində çalışan mütəxəsislər müasir məktəblərin yetirmələridirlər. Təhsil ocaqların yenilənməsi prosesi dövlət başçımızın nəzarəti altında bundan sonra da davam etdirələcək və təmirə ehtiyacı olan bütün məktəblər yenidən qurulacaqdır,"-deyə deputat vurğulayıb.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top