Finlandiya Rusiya ilə sərhəddə hasar çəkəcək

GÜNDƏM 01 may 2022, 19:32
Finlandiya Rusiya sərhədinin kritik hissələrində daha effektiv sərhəd maneələrinin quraşdırılmasını planlaşdırır.

Bu barədə “MTV3” kanalı məlumat yayıb.

Şimali Kareliyanın Sərhəd Mühafizəsinin komandanı Marko Turunen bildirib ki, bu çox vacib qərardır:

“Şərq (Rusiya) sərhədində ya əsas ərazilərdə, ya da onlarla sərhədin çox hissəsini əhatə etmək üçün hasarlar çəkməyə başlamaq barədə qərarın verilməsi əhəmiyyətlidir. Bu, bizim üçün böyük dəyişiklikdir, ona görə də daha yüksək səviyyədə qərarlar tələb edir”.

Onun sözlərinə görə, yüksək riskli ərazilər və kritik zonalar, məsələn, sərhəd-keçid məntəqələri və onlara yaxın ərazilər üçün sərhəd maneələri nəzərdə tutulub.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top