İlham İsmayılov — 62

GÜNDƏM 01 may 2022, 19:05
Bu gün Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının və Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Avropa Azərbaycanlıları Konqresinin vitse-prezidenti, "Birlik" jurnalının təsisçisi İlham İsmayılovun 62 yaşı tamam olur.

Türk xalqları və onların diaspora təşkilatları ilə əlaqələrin qurulmasında, dünyada Qarabağ həqiqətlərinin təbliğ olunmasında böyük əməyi olan, Türk dünyasının milli davasında öncül rol alan İlham İsmayılovu bu münasibətilə ürəkdən təbrik edir, ona can sağlığı arzu edirik.

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi İlham İsmayılovun rəhbərliyi altında on ildən çoxdur ki, onlarla yerli və beynəlxalq layihələri həyata keçirərək, öz fəaliyyətini Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü daxili və xarici siyasət kursuna uyğun quraraq, Azərbaycan həqiqətlərinin Türkdilli ölkələrlə əməkdaşlıq şəraitində, eləcə də Avropada fəaliyyət göstərən Azərbaycan və Türk diaspor təşkilatları vasitəsi ilə bütün dünyaya çatdırılmasına çalışmışdır.

Əsasən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin, eləcə də ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş deportasiya və soyqırımların dünya ictimayyətinə çatdırılması ATXƏM-in əsas prioritet istiqamətlərindən biri olmuşdur. Məhz buna görə də İlham İsmayılov Avropa Azərbaycanlıları Konqresinin İdarə Heyəti tərəfindən qəbul olunmuş qərara əsasən AAK-ın vitse-prezidenti seçilmişdir. İlham İsmayılov diaspor sahəsindəki fəaliyyətinə görə 2015-ci ildə Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasına üzvü seçilib, xidmətləri qiymətləndirilərək "Tərəqqi" medalı ilə təltif olunub.

Demokrat.az kollektivi adından dəyərli İlham İsmayılova bir daha can sağlığı arzu edirik.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top