Fuad Muradovun müzakirələrə səbəb olan fotosu ilə bağlı açıqlama — FOTO

HADİSƏ 01 may 2022, 09:59
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Şuşada çəkdirdiyi foto müzakirələrə səbəb olub, komitə məsələyə aydınlıq gətirib.
 
Demokrat.az-ın xəbərinə görə, qurumun əməkdaşı Esmira Xəlilova bildirib ki, Dünya Azərbaycanlılarının Şuşada keçirilmiş V Qurultayının çadırda təşkil olunduğu hamıya məlumdur.
 
“Bir neçə gün öncədən qurulmuş çadırın xalça döşəməsi çirklənməsin deyə onu quraşdıran şirkətin tələbi ilə hər kəs, yəni təşkilatçılar içəri baxillə daxil ola bilərdi. Gərgin hazırlıq prosesində isə içəri keçərkən geyindiyimiz baxili çöldə çıxarmaq yaddan çıxırdı… Bu qədər sadə və bəsit bir izahı var bu şəklin...” – E.Xəlilova qeyd edib.

Demokrat.az
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
27 noyabr 2024, 16:07
Top