“Bu il qəbul qaydalarında dəyişiklik var” — DİM

SOSİAL 30 apr 2022, 15:35
“Bu il qəbul qaydalarında bir dəyişiklik var. 3-cü ixtisas qrupuna daxil olan ixtisaslar 2 qrupa ayrılıb”.

Bu barədə Demokrat.az-a Dövlət İmtahan Mərkəzinin mətbuatla iş və elektron kommunikasiya şöbəsinin müdiri Xanlar Xanlarzadə məlumat verib. 

“Bir qrupu dil-tarixə aid olanlar, digər qrupu isə tarix-coğrafiyaya aid olanlar, yəni, TC və DT ixtisas qrupları. TC ixtisas qrupunda cəmi 2 ixtisas var: bu, beynəlxalq münasibətlər və  regionşünaslıqdır. Bilirsiniz ki, bu ixtisaslar əvvəlcə 2-ci ixtisas qrupuna daxil idi.



Daha sonra onun 3-cü ixtisas qrupuna keçirilməsi ilə bağlı qərar verildi və xüsusi bir alt-qrup yaradıldı. Burda kimlər ki, beynəlxalq münasibətlər və regionşünaslıq ixtisaslarına qəbul olmaq istəyir, onlar əlavə olaraq, coğrafiya fənnindən imtahan verirlər. Kimlər dil və tarix ixtisaslarına aid olan ixtisasları seçmək istəyirsə, onlar ədəbiyyat fənnindən imtahan verirlər. DİM tərəfindən şərait yaradılıb ki, abituriyentlər həm DT, həm  də TC-ni seçsinlər, yəni hər iki ixtisas qrupunu öz ərizələrində qeyd edə bilərlər. Bunu ayrıca da seçə bilərlər. Məsələn, mən yalnız TC-ni istəyirəm. İki mindən artıq abituriyent həm TC-ni, həm də DT-ni seçib.”

Gülçin Qorxmaz
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top