Bu idarələrə yeni rəhbərlər təyin olundu

SOSİAL 29 apr 2022, 19:56
Təhsil naziri Emin Əmrullayev regional təhsil idarələrinin rəhbər vəzifəsinə təyin edilmiş şəxslərlə görüşüb.

Bu barədə Təhsil Nazirliyindən məlumat verilib.

Görüşdə nazir Təhsil Nazirliyi sistemində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı dövlət başçısı tərəfindən imzalanmış sərəncamlar, bu sərəncamların icrası ilə bağlı görülən işlərdən danışıb, Regional Təhsil idarələrinə yeni təyin olunmuş rəhbər şəxslərə tövsiyə və tapşırıqlarını verib.

Görüşdə Regional Təhsil idarələrinin əsas vəzifələri olaraq fəaliyyət istiqamətləri üzrə vətəndaşlara çevik və keyfiyyətli təhsil xidmətinin təşkili, məktəbəqədər və ümumi təhsil müəssisələrində təhsil alan uşaqlar üçün sağlam və təhlükəsiz mühitin yaradılmasının vacibliyi qeyd olunub. Həmçinin təhsilverənlər üçün müvafiq və səmərəli iş şəraitinin yaradılması, zəif nəticəsi olan şagirdlərlə işə xüsusi diqqət ayrılması, onların nailiyyətlərinin yüksəldilməsi, eyni zamanda məktəbəqədər yaşlı uşaqlar üçün əlverişli öyrənmə mühitinin təşkili kimi məsələlər xüsusi vurğulanıb.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 20 dekabr 2021-ci il tarixli müvafiq sərəncamı ilə rayon və şəhər təhsil şöbələrinin (idarələrin) əsasında 12 regional təhsil idarəsi yaradılıb. 2022-ci ilin 1-ci rübündə müvafiq yerli təhsil şöbə və idarələrin balansındakı dövlət əmlakı Regional Təhsil idarələrinin balansına verilib, inventarizasiyasının aparılması, müvafiq sənədlərin və məlumatların təhvil-təslim işləri başa çatıb. Regional Təhsil idarələrinin yerləşəcəyi şəhər və ya rayon mərkəzləri də müəyyən olunub və təhsil naziri tərəfindən təsdiq edilib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top