“İlham Əliyevin xarici dildə danışığına heyran qaldım”

GÜNDƏM 29 apr 2022, 19:16
Prezident İlham Əliyevin bugünkü konfransda xarici dildə danışığına heyran qaldım. İlham Əliyev bizimlə görüşdüyü üç saat ərzində heç bir qeydlər aparmadan təmiz şəkildə danışırdı. Bu, çox gözəldir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Trend BİA tərəfindən Fransada təsis edilmş “La Gazette” jurnallarının baş icraçı direktoru Jan-Mişel Brön söyləyib.

“Prezident İlham Əliyev konfransda Qarabağdakı vəziyyət, Türkiyə, İran və Rusiya, hətta Avropa ilə əlaqələr və təbii ki, Ermənistanla münaqişə barədə danışdı. Bildiyiniz kimi, təqribən 700 min nəfərdən ibarət Ermənistan diasporu Fransada böyük təsirə malikdir. Buna görə də bəzi siyasətçilər Ermənistanı dəstəkləyirlər. Lakin əminəm ki, Fransada prezident seçkilərinin yekunundan sonra Azərbaycanla Fransa arasında gələcəkdə daha güclü əlaqələr yaranacaq”, - deyə J.Brön vurğulayıb.

O, hazırda Şuşa ilə bağlı fransız dilində kitab yazdığını da bildirib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top